Tibbi xəbərlər
Miqrenlə diş fırçalamaq arasında əlaqə var?
Tibbi xəbərlər
392

Miqrenlə diş fırçalamaq arasında əlaqə var?

Son araşdırmalar göstərir ki, düzgün ağız baxımı yalnız dişlərin sağlamlığını deyil, eyni zamanda baş ağrısı və xroniki ağrı riskini də azalda bilər.

E-saglam.az xəbər verir ki, Sidney Universitetinin alimləri tərəfindən aparılan araşdırmaya əsasən, qeyri-adekvat ağız gigiyenası xüsusilə qadınlarda miqren və xroniki bədən ağrısı ilə əlaqələndirilə bilər. Mütəxəssislər ağız boşluğunda yığılan zərərli bakteriyaların bu tip narahatlıqları artırma ehtimalının olduğunu vurğulayırlar.

Zəif ağız sağlamlığı – yüksək miqren riski

Tədqiqat Yeni Zelandiyada həyata keçirilib. Onlar xroniki ağrıdan əziyyət çəkən və çəkməyən təxminən 170 qadının tüpürcək nümunələrini təhlil ediblər. Bununla yanaşı, iştirakçıların ağız gigiyenası vərdişləri, həyat tərzi və ağrı şikayətləri də araşdırılıb. Məlum olub ki, ağız sağlamlığı zəif olan qadınlarda miqren və orta ilə şiddətli bədən ağrıları daha geniş yayılıb.

Ağız sağlamlığı – təkcə dişlərlə bağlı deyil

Tədqiqatçılar qeyd edirlər ki, ağız gigiyenası yalnız dişlərin qorunması ilə məhdudlaşmır. Bu, həm də ümumi sağlamlıq və həyat keyfiyyəti üçün mühüm amildir. Dişlərin müntəzəm fırçalanması, ağız boşluğunun təmiz saxlanması və stomatoloq müayinələri miqren kimi xroniki narahatlıqların qarşısını almaqda yardımçı ola bilər.

Bu nəticələr ağız baxımının nə dərəcədə əhəmiyyətli olduğunu bir daha göstərir. Əgər siz də tez-tez baş ağrılarından və ya miqrendən əziyyət çəkirsinizsə, gündəlik ağız gigiyenasına daha ciddi yanaşmaq faydalı ola bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun