Faydalı
Migrenə qarşı təsirli bitkilər
Faydalı
657

Migrenə qarşı təsirli bitkilər - Təbiətin təbii dərmanları

Miqren şiddətli baş ağrıları, ürəkbulanma və işığa həssaslıq kimi əlamətlərlə səciyyələnən ümumi bir xəstəlikdir. Dərmanlardan başqa bəzi bitki mənşəli məhlullar da migren simptomlarını aradan qaldıra və həyat keyfiyyətinizi yaxşılaşdıra bilər.

E-saglam.az xarici mediaya istinadən xəbər verir ki, mövzu ilə bağlı məlumat verən qidalanma və pəhriz mütəxəssisləri bildiriblər ki, bu otların istifadəsi miqren əlamətlərini aradan qaldıra bilər, lakin hər hansı bir bitki mənşəli məhluldan istifadə etməzdən əvvəl həkimə müraciət etmək vacibdir. Həmçinin, əgər miqren tutmaları şiddətlidirsə və ya tez-tez təkrarlanırsa, həkimə müraciət etmək vacibdir.

Mütəxəssislərin fikrincə, migren üçün yaxşı olan bəzi bitkilər bunlardır:

1. Zəncəfil: Zəncəfil iltihab əleyhinə xüsusiyyətləri sayəsində miqren ağrılarını aradan qaldıra bilər. Bir fincan zəncəfil çayı içmək və ya yeməklərdə istifadə etmək miqren əlamətlərini azalda bilər.

2. Lavanda: Lavanda yağı miqren ağrılarını aradan qaldırmaq və stressi azaltmaq üçün istifadə edilə bilər. Bir neçə damcı lavanda yağını daşıyıcı yağla qarışdırıb masaj etmək və ya diffuzorda buxarlamaq rahatlamağınıza kömək edə bilər.

3. Nanə: Nanə yağı baş ağrılarını aradan qaldırmağa kömək edir. Nanə yağının təravətləndirici təsirindən alnınıza yumşaq bir şəkildə masaj edərək faydalana bilərsiniz.

4. Çobanyastığı: Çobanyastığı çayı miqren ağrılarını aradan qaldırmaq və rahatlamağa kömək etmək üçün geniş istifadə olunan bitki mənşəli vasitədir. Bir fincan təzə dəmlənmiş çobanyastığı çayı içmək miqrenin yaratdığı gərginliyi aradan qaldıra bilər.

5. Adaçayı: Miqren ağrılarını aradan qaldırmaq üçün istifadə edilən başqa bir bitki mənşəli vasitə adaçayıdır. Adaçayı çayını içmək və ya adaçayı yağı ilə aromaterapiya tətbiq etmək rahatlamağa kömək edə bilər.

6. Rozmarin: Rozmarin iltihab əleyhinə və ağrıkəsici xüsusiyyətlərə malikdir və miqren ağrılarını aradan qaldıra bilər. Rozmarin yağı ilə masaj etmək və ya rozmarin çayı içmək miqren əlamətlərini azalda bilər.

7. Kətan toxumu: Kətan toxumu omeqa-3 yağ turşuları ilə zəngindir və iltihabı azalda bilər. Gündəlik pəhrizinizə kətan toxumu əlavə etmək miqren tutmalarını azaltmağa kömək edə bilər.

8. Maqnezium: Bəzi tədqiqatlar göstərir ki, maqnezium miqrenləri aradan qaldırmaqda təsirli ola bilər. Maqneziumla zəngin qidaların istehlakı və ya maqnezium əlavələrinin qəbulu miqren simptomlarını azalda bilər.

9. Ginkgo biloba: Ginkgo biloba miqren ağrılarını aradan qaldırmaq və qan axınını artırmaq üçün istifadə edilə bilər. Bununla belə, ginkgo biloba qan durulaşdırıcı təsirə malik olduğundan, qan durulaşdıran dərmanlarla qarşılıqlı təsir göstərə bilər. Ona görə də həkiminizlə məsləhətləşmədən istifadə etməyin.

10. Su istehlakı: Dehidrasiya migrenə zəmin yarada və ya simptomları pisləşdirə bilər. Gündəlik kifayət qədər miqdarda su içmək, bədəndəki maye balansını qoruyaraq miqren tutmalarının qarşısını almağa kömək edə bilər.

Tərcümə etdi: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun