Xəbərlər
Məşhur markanın çipsləri ilə bağlı XƏBƏRDARLIQ -
Xəbərlər
403

Məşhur markanın çipsləri ilə bağlı XƏBƏRDARLIQ - Təcili YIĞIŞDIRILIR

Dünyaca məşhur çips brendinə aid məhsulun "həyat üçün təhlükəli" olması səbəbindən təcili geri çağırılması barədə qərar qəbul edilib.

E-saglam.az xəbər verir ki, bu barədə "Haberler.com" saytı məlumat yayıb.

Məlumatda bildirilir ki, Qida Standartları Agentliyi (FSA) istehlakçılara "qətiyyən istehlak edilməməlidir" xəbərdarlığı edərək, etiketləmə xətası səbəbindən çipsləri təcili geri çağırıb.

"3D Trading" şirkəti tərəfindən satılan "Ruffles Sabor a Jamón Crisps" cipslərində allergik tərkibli maddələrin ingilis dilində göstərilmədiyi aşkar edilib.

HƏYATİ TƏHLÜKƏSİ MÖVCUDDUR

Bu cipslər süd və soya ehtiva edir, lakin qablaşdırmada bu məlumat göstərilməyib. Bu səbəbdən allergiyası olan şəxslər üçün ciddi sağlamlıq riski yaradır. Süd və ya soya allergiyası olan şəxslərin bu məhsulu qətiyyən istehlak etməmələri tövsiyə edilir.

HANSILAR MƏHSULLAR GERİ ÇAĞRILIB?

Məhsul: "Ruffles Sabor a Jamón Crisps"
Qablaşdırma ölçüsü: 150 qram
Partiya nömrələri: Bütün partiyalar
Son istifadə tarixi: Bütün tarix aralıqları
Region: Şimali İrlandiya və Şotlandiya

Məlumatda bildirilir ki, istehlakçılar qəbz təqdim etmədən də məhsulu aldıqları mağazaya qaytararaq pulu tam məbləğdə geri ala bilərlər.

Anaphylaxis UK (Birləşmiş Krallıq Allergiya Təşkilatı) süd və soya allergiyası olan şəxsləri xəbərdar edib. Bildirilib ki, allergik reaksiyalar yüngül səpgidən həyati təhlükəsi olan anafilaksiyaya qədər dəyişə bilər. 

Ağır simptomlar bunlardır:

Boğazda, dildə və ya tənəffüs yollarında şiş

Nəfəs alma çətinliyi, xırıltı

Başgicəllənmə, zəiflik hissi

Solğun, nəm dəri və şüurun itirilməsi. (Musavat.com)

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun