Xəstəliklər
​​​​​​​Mədə ağrısı infarktın
Xəstəliklər
296

​​​​​​​Mədə ağrısı infarktın ilk əlaməti ola bilər

İnfarkt hər zaman klassik simptomlarla – sinə ağrısı, sol qola yayılan təzyiq və nəfəs darlığı ilə özünü göstərmir.

E-saglam.az xəbər verir ki, kardioloq Dr. Adnan Köşüş xəbərdarlıq edir ki, xüsusilə 45 yaşdan yuxarı şəxslər, diabet və ürək-damar xəstəlikləri olanlar üçün mədə ətrafında təzyiq, yanma və ya ağrı kimi şikayətlər infarktın səssiz əlaməti ola bilər.

Qadınlar və diabet xəstələrində bu simptomlar ürəkbulanma, qusma, soyuq tərləmə, qəfil yorğunluq kimi fərqli formada da özünü göstərə bilər. Bu səbəbdən mədə ağrıları yalnız həzm sistemi ilə əlaqələndirilməməlidir. Dr. Köşüş qeyd edir ki, bu əlamətlər ortaya çıxdıqda ürək müayinəsi vacibdir.

İnfarktda ilk 90 dəqiqə həyati əhəmiyyət daşıyır. Sadəcə mədə ağrısı ilə birlikdə tərləmə, halsızlıq və təngnəfəslik hiss edilirsə, dərhal tibbi yardım göstərilməlidir. Angioqrafiya və stent kimi erkən müdaxilələr ürək toxumasını qoruyur.

Həyat tərzi dəyişiklikləri – siqaretdən uzaq durmaq, sağlam qidalanma, təzyiq və şəkərə nəzarət, müntəzəm idman – infarkt riskini azaltmaqda əsas rol oynayır. Dr. Köşüş ürək xəstəliklərinin qarşısı alına bilən bir problem olduğunu xatırladır.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun