Xəbərlər
“McDonald's”da bir nəfər
Xəbərlər
736

“McDonald's”da bir nəfər zəhərlənərək ölüb

ABŞ-da “McDonald's” fast food şəbəkəsində bağırsaq çöpləri infeksiyası xəstəliyinə yoluxmuş bir nəfər ölüb, daha on nəfər isə xəstəxanaya yerləşdirilib.

E-saglam.az xəbər verir ki, bu barədə ABŞ-ın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi (CDC) məlumat yayıb.

"Oktyabrın 22-nə olan məlumata görə, 10 ştatda “E. coli O157:H7” ştammı ilə bağlı 49 hadisə qeydə alınıb", - məlumatda deyilir.

Mərkəzin məlumatına görə, ilk hallar sentyabrın 27-də qeydə alınıb. 28 yoluxmuş şəxs haqqında rəsmi məlumat mövcuddur. Bakteriyanın yaratdığı hemolitik-uremik sindromun inkişafı nəticəsində Koloradoda bir nəfər ölüb.

Epidemioloji məlumatlara görə, “McDonald's”-a gələn qonaqlar “Kral Çizburgeri”ndən zəhərləniblər. İlkin məlumata görə, bakteriyaların soğanın tərkibində olması ehtimal olunur.(APA)

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun