Tibbi xəbərlər
Limonlu, yoxsa sirkəli su? -
Tibbi xəbərlər
437

Limonlu, yoxsa sirkəli su? - Prof. Dr. İbrahim Saraçoğlu cavabladı

Limonlu su ilə birlikdə tez-tez ortaya çıxan başqa bir içki sirkəli sudur. Hər iki içkinin fərqli faydaları olduğuna inanılır, lakin hansının daha təsirli olduğuna dair çoxlu suallar var.

E-saglam.az xəbər verir ki, Prof. Dr. İbrahim Saraçoğlu limonlu su və sirkəli su mövzusunda hər kəsin maraqlandığı suala belə cavab verdi. Limonlu su tərkibindəki C vitamini sayəsində maddələr mübadiləsini sürətləndirir, toksinlərin bədəndən çıxarılmasına və həzm sisteminin daha səmərəli işləməsinə kömək edir. Bu, arıqlama prosesini dəstəkləyir, ödemi azaldır və şişkinliyi aradan qaldırır. Limonlu su pH balansını tənzimləyərək bədəni daha sağlam vəziyyətə gətirir və aclıq hissini azaldır. Tərkibindəki pektin lifi sayəsində toxluq hissi yaradır, lazımsız kalori qəbulunun qarşısını alır və qəbizliyi aradan qaldıra bilər.

Digər tərəfdən, sirkəli su bədənin detoks prosesini dəstəkləyir, metabolizmanı aktivləşdirir və bağırsaq mikroflorasının sağlam qalmasına kömək edir. Hər iki içkinin özünəməxsus faydaları olduğu üçün məqsəd və sağlamlıq ehtiyacına görə seçim edilməlidir. Saraçoğlu qeyd edir ki, bu içkiləri düzgün miqdarda və müntəzəm istifadə etmək daha yaxşı nəticələr verir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun