Xəstəliklər
Koronavirusun yeni simptomları
Xəstəliklər
286

Koronavirusun yeni simptomları

"Koronavirusun yeni ştammlarının ortaya çıxması səbəbindən onun klinik mənzərəsi daim dəyişir".

E-saglam.az Lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Oksana Staneviç məlumat verib.

İndi COVID-19-un əlamətləri ishal, ürəkbulanma, qusma və qarın ağrısı kimi qastroentrit simptomlarıdır.

Həkimin sözlərinə görə, koronavirus xəstəliyinin başlanğıcında xəstələr bu əlamətlərin olduğunu deyirlər.

"Əksər hallarda xəstələr bunun koronavirus olmadığını, adi bağırsaq infeksiyası olduğunu düşünür və səhv müalicə etməyə başlayırlar. Xəstə qusma və ishal nəticəsində çoxlu maye və elektrolit itirir. Çox vaxt belə xəstələr xəstəxanaya orqanizmin çoxlu su itirmiş vəziyyətində daxil olurlar", - deyə mütəxəssis bildirib.

O vurğulayır ki, isti havalarda xəstələrə nəzarət etmək daha çətindir, çünki bədənin susuz qalması səbəbindən böyrəkdə ciddi problemlər yarana bilir. Bu kimi ağırlaşmalar ambulator mərhələdə antiviral dərman qəbul edən insanlarda da müşahidə olunur./milli.az/

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun