Hər kəs koronavirusun əsas əlamətlərinin temperatur, öskürək və nəfəs darlığı olaraq bilir. Lakin ABŞ-lı mütəxəssislər bu simptomlara yenilərini də əlavə edib.
E-saglam.az həmin araşdırmanı təqdim edir:
Koronavirusun əsas əlamətləri:
* Temperatur
* Öskürək
* Nəfəs darlığı ya da nəfəsalmada çətinlik
* Üşütmə
* Üşütmə ilə birlikdə titrəmə
* Əzələ ağrısı
* Baş ağrısı
* Boğaz ağrısı
* Dad və iybilmənin itməsi
Koronavirus günbəgün...
1-3-cü gün: Soyuqdəymə və qripə bənzəyən əlamətlərlə ortaya çıxır. Yüngül temperatur və boğaz ağrısı eyni zamanda, immunitetiniz zəifdirsə ishal və ürək bulanma da baş verə bilər.
4-cü gün: Boğaz ağrısı şiddətlənər. Səs tutular. Yemək və içmədə çətinliklər yaşaya bilərsiniz. Yüngül baş ağrısı ilə ishal bu gündən başlayar.
5-ci gün: Boğaz ağrısı şiddətlənir. Yemək və içmək olduqca ağrılı bir hala gələr. Əzələ ağrıları başlayar.
6.-cı gün: Quru öskürək başlayar. Danışarkən, udqunarkən boğaz ağrısı şiddətlənir. Halsızlıq başlayar. Ürək bulanma artar. Zaman-zaman nəfəsalmada çətinlik yaranar. İshal və qusma şiddətli hal alar.
7-ci gün: Temperatur 38 dərəcəyə yüksələr. Öskürək və bəlğəm artar. Bədən və baş ağrıları ilə birlidə qusma da ola bilər.
8-ci gün: Nəfəs alıb-vermək çox çətin bir hala gələr. Sinə ağrısı yaranar. Öskürəklə birlikdə baş və əzələ ağrıları da artar. Temperatur 38 dərəcədən yuxarı qalxar.
9-cu gün: Bütün əlamətlər şiddətlə artar. Üz və dodaqlarda göyərmələr yaranar. Öskürək və bəlğəm getdikcə artar. Bədən və əzələ ağrıları ilə birlikdə qusma da şiddətli hala gəlib çıxar./medicina.az/
Əgər bu əlamətləriniz varsa mütləq tibbi yardım alın.