Tibbi xəbərlər
Koronavirusa qarşı dərman qəbul edən körpənin gözlərinin rəngi bənövşəyi olub
Tibbi xəbərlər
119

Koronavirusa qarşı dərman qəbul edən körpənin gözlərinin rəngi bənövşəyi olub

Taylandlı həkimlər koronavirusa qarşı dərman qəbul etdikdən sonra uşaqda qeyri-adi yan təsir qeydə alıblar.

E-saglam.az xəbər verir ki, bu barədə “Frontiersin.org” məlumat yayıb.

Belə ki, şiddətli öskürək və qızdırma ilə Banqkok klinikalarından birinə altı aylıq körpə yerləşdirilib. Koronavirus testi müsbət nəticə verib və həkimlər uşağa xüsusi dərman təyin ediblər.

Körpənin anası müalicəyə başladıqdan 18 saat sonra oğlunun qəhvəyi gözlərinin bənövşəyi rəngə çevrildiyini görüb. Qorxudan qadın həkimlərə müraciət edib.

Həkimlər qadına izah ediblər ki, körpənin qəbul etdiyi dərmanın tərkibində olan flüoresan kimyəvi maddəsi onun gözünün buynuz qişasında yığılıb.

Həkimlər müalicə rejimini dəyişdirməyiblər, çünki terapiyanın uşağın orqanizminə heç bir mənfi təsiri olmayıb. Müalicə bitdikdən beş gün sonra hər şey normala dönüb. /Report

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun