Xəstəliklər
Koronavirus zamanı KT-dən keçmək lazımdırmı?
Xəstəliklər
199

Koronavirus zamanı KT-dən keçmək lazımdırmı?

Pandemiya zamanı KT-yə olan tələbat dəfələrlə artıb. Təəssüf ki, bu müayinədən sui-istifadə halları da artmaqdadır.

Bir çox insanlar həkimlə məsləhətləşmədən, buna heç bir ciddi səbəbi olmadan, “hər ehtimala qarşı” KT-dən keçir. Bu yolverilməzdir.

İnsanlar bilməlidir ki, KT heç də ziyansız müayinə deyil. Bu müayinə zamanı insan müəyyən şüalanmaya məruz qalır ki, bu da az da olsa xərçəngin riskini artırır.

Digər tərəfdən artıq bu müayinədən keçmək istəyən insanların sayı o qədər artıb ki, həm müayinə zamanı, həm də növbədə gözləyəndə koronavirusa asanlıqla yoluxmaq mümkündür.

E-saglam.az bildirir ki, bunları nəzərə alaraq mütəxəssislər koronavirusun yüngül formaları zamanı və ya “profilaktik” məqsədlərlə KT-dən keçməyi qəti şəkildə tövsiyə etmirlər.

Rusiya mütəxəssislərinin bildirirlər ki, yalnız 2 halda KT-dən keçmək həqiqətən vacib sayıla bilər:

1. İnsanda koronavirusun ağır kliniki simptomlar (təngənəfəslik, yüksək qızdırma) meydana çıxdıqda.

2. Koronavirusun simptomları risk qruplarına aid ola insanlarda müşahidə olunduqda. Risk qrupuna şəkərli diabet, hipertoniya və ağır ürək xəstəliklərindən əziyyət çəkənlər, artıq çəkisi olanlar aiddir.    

Bu 2 halda KT xəstənin vəziyyətini daha dəqiq qiymətləndirməyə kömək edə bilər./saglamolun.az/

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun