Xəstəliklər
Konqoda meningit xəstəliyi yayılıb
Xəstəliklər
262

Konqoda meningit xəstəliyi yayılıb

Konqo Demokratik Respublikasının şimal-şərqindəki Tşopo əyalətində meningit xəstəliyi yayılıb.

E-saglam.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Afrika regional ofisinin saytındakı məlumata görə, bölgənin Banalia icmasında 261 nəfər meningitə yoluxub ki, bunların 129 nəfəri ölüb. Bununla da ölüm nisbəti 50 faizə yaxınlaşıb.

ÜST-ün dəstəyi ilə əyalətdə yoluxanlara yardım edən mütəxəssislər qrupu fəaliyyətə başlayıb, xəstəliyin daha da yayılmaması üçün böhran komissiyası yaradılıb.

Afrikanın 26 ölkəsini əhatə edən “meningit qurşağı”na daxil olan Tşopo əyalətində 2009-cu ildə də həmin xəstəliyə 214 nəfər yoluxmuş, bunların 15 nəfəri ölmüşdü./report/

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun