Plastik cərrahiyyədə sahəsində ixtisaslar üzrə ciddi pozuntular qeydə alınır.
E-saglam.az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.
O bildirib ki, ən müasir avadanlıqlarla təchiz olunmuş xəstəxanalarımız olsa da, əgər müasir tələblərə cavab verən həkimlərimiz yoxdursa, əhaliyə göstərilən tibbi xidmətin səviyyəsinin yüksəlməsindən danışa bilərik.
O qeyd edib ki, plastik cərrahiyyə ilə bu sahədə mütəxəssis olmayan insanların məşğul olması, hətta həkimlik diplomu olmayan şəxslərin bu sahədə fəaliyyət göstərməsi ağırlaşmalar, hətta ölüm hallarına gətirib çıxarır: “Bu istiqamətdə Səhiyyə Nazirliyi və hüquq-mühafizə orqanları ilə birlikdə bu istiqamətdə çox uğurlu addımlar atıldı, estetik cərrahiyə sahəsində işləyən, təhsil almış mütəxəssislər seçildi və o sahə ilə məşğul olmağa haqqı olanlar seçildi və onların adları mətbuatda dərc olundu. Bundan sonra ancaq o sahədə ancaq bu sahənin mütəxəssisləri fəaliyyət göstərəcək. Buna haqqı olmayanlar isə bu sahədən uzaqlaşdırıldı. Bu, çox doğru addım idi”.