Xəbərlər
Kişinin ağciyərindən metal zınqırov çıxarıldı -
Xəbərlər
273

Kişinin ağciyərindən metal zınqırov çıxarıldı - Qeyri adi hadisə

Rusiyanın Yekaterinburq şəhərində 40 yaşlı kişinin ağciyərindən üzərində oyma olan metal zınqırov çıxarılıb.

E-saglam.az-ın Gazeta.ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə Sverdlovsk vilayətinin Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, xəstə vaxtaşırı boğulma tutmaları şikayəti ilə tibb müəssisəsinə yerləşdirilib. Həkimlər müəyyən ediblər ki, kişinin aralıq bronxunda yad cisim var. Bunun təxminən iki-üç santimetr ölçüsündə zınqırov olduğu ortaya çıxıb. Həmçinin zınqırovun üzərində "1975" rəqəmləri yazılmış oyma da olub. Lakin cismin ağciyərə necə düşdüyü açıqlanmayıb.

Həkimlər uzun müddət xüsusi qarmaq vasitəsilə zınqırovu çıxarmağa çalışsalar da, o, sürüşdüyü üçün buna nail ola bilməyiblər. Nəhayət, səbr və əzmkarlıq sayəsində həkimlər yad cismi çıxara biliblər.

Həmin şəxsin özünü yaxşı hiss etdiyi bildirilib.

(Oxu.az)

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun