Faydalı
Kətan toxumu bu şəxslərə qətiyyən olmaz -
Faydalı
401

Kətan toxumu bu şəxslərə qətiyyən olmaz - Xəstəliyə iki dəfə artıq ziyan edir

Kətan toxumunun düzgün istifadə edilməməsi ciddi sağlamlıq problemlərinə səbəb olur.

E-saglam.az-ın məlumatına görə, kətan toxumu pəhriz saxlayanların üstünlük verdiyi ən yaxşı bitkilər arasında yer alır. Qatıqdan smuzilərə qədər pəhriz müalicələrində istifadə edilən kətan toxumunun yanlış istifadəsi ciddi sağlamlıq problemlərinə səbəb olur.

Kətan toxumunun faydaları saysız-hesabsızdır. İmmuniteti gücləndirir və qan şəkərini tarazlaşdırır. Pis xolesterini aşağı salmaqla yanaşı, şəkər xəstəliyinə nəzarəti təmin edir və antioksidant ehtiyacını qarşılayır.

Ancaq bəzi xəstəliklər var ki, kətan toxumu istehlakı o xəstəliyə iki dəfə artıq zərər vura bilər. Xüsusilə də estrogen müsbət döş xərçəngi olan xəstələrə kətan toxumundan istifadə tövsiyə edilmir. Kətan toxumu və soyada olan fitoestrogenlərə, yəni estrogenə bənzər maddələrə görə, onların istifadəsi döş xərçəngi xəstələri üçün təhlükəli ola bilər. Belə hallarda onlardan istifadə məsləhət görülmür.

Bundan başqa qan durulaşdıran dərmanlardan istifadə edən xəstələr qan durulaşdırıcı xüsusiyyəti olan bitkilərdən istifadə etməməlidirlər. Kətan toxumu da bu bitkilər sırasındadır. Onların diqqətli olması çox vacibdir. Bu məsələ ilə bağlı həkimlərinə müraciət etməli və onların tövsiyələrinə əməl etməlidirlər”.

Tərcümə etdi: Könül Oruc

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun