Tibbi xəbərlər
Kəskin zəhərlənmə, ürək problemləri və xərçəng:
Tibbi xəbərlər
277

Kəskin zəhərlənmə, ürək problemləri və xərçəng: həkim mazutun niyə təhlükəli olduğunu izah edir

Mazut neft emalının qalıq məhsulu olub, əsasən istilik sistemlərində və gəmilərdə yanacaq kimi istifadə olunur. Onun tərkibindəki zərərli maddələr insan sağlamlığı üçün ciddi təhlükə yaradır.

E-saglam.az mazutun dədənə təsiri ilə bağlı məlumatları təqdim edir:

Tənəffüs yolları: Buxarların inhalyasiyası öskürək, baş ağrısı, başgicəllənmə və tənəffüs problemlərinə səbəb ola bilər.

Dəri təması: Dermatiti, allergik reaksiyaları və ekzemanı tətikləyə bilər.

Udulması: Ürəkbulanma, qusma, qarın ağrısı və hətta ağır zəhərlənməyə yol aça bilər.

Sağlamlığa uzunmüddətli təhlükələr

Mazuta mütəmadi məruz qalmaq xroniki bronxit, allergik reaksiyalar və dəri xəstəliklərinə səbəb ola bilər. Onun tərkibindəki benzol uzun müddət təsir etdikdə leykemiya riskini artırır.

Qorunma yolları

Qoruyucu avadanlıq: Maskalar, əlcəklər və qoruyucu geyimlər istifadə edilməlidir.

Havalandırma: Qapalı məkanlarda işləyərkən yaxşı ventilyasiya təmin olunmalıdır.

Tibbi müayinə: Mazutla işləyən şəxslər mütəmadi yoxlanılmalıdır.

Mazutun yaratdığı təhlükələri azaltmaq üçün müvafiq qorunma tədbirləri görülməlidir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun