Tibbi xəbərlər
Keçən il ÜST-nin Avropa regionunda 58 mindən çox qızılca hadisəsi qeydə alınıb
Tibbi xəbərlər
204

Keçən il ÜST-nin Avropa regionunda 58 mindən çox qızılca hadisəsi qeydə alınıb

Təkcə keçən il Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regionunda 53 ölkədən 41-də 58 000-dən çox qızılca hadisəsi qeydə alınıb.

E-saglam.az xəbər verir ki, bu barədə ÜST-nin Azərbaycandakı Ofisi məlumat yayıb.

Qeyd olunub ki, 1963-cü ildən etibarən dünyada qızılcaya qarşı peyvənd istifadə olunur: "1974-cü ildən başlayaraq 14 il ərzində qızılca peyvəndi ÜST-nin Avropa regionuna daxil olan 53 ölkənin hamısı tərəfindən tətbiq edilməyə başlanmışdı. Bu səylər nəticəsində qızılca xəstəliyinin yayılması son 50 ildə kəskin şəkildə azalıb. Buna baxmayaraq, pandemiya dönəmində uşaqların vaksinasiya əhatəsi nəzərəçarpan dərəcədə azalması ilə bağlı olaraq qızılca xəstəliyi yenidən baş qaldırmışdır. Təkcə 2023-cü ildə ÜST-nin Avropa regionunda 53 ölkədən 41-də 58 000-dən çox qızılca hadisəsi qeydə alınıb".

Bildirilib ki, bu, cəmiyyətlərimizi qızılca epidemiyasından qorumaq üçün peyvənd əhatəsinin hər zaman yüksək səviyyədə saxlanmasının vacib olduğunu xatırladır: "Unutmayaq ki, peyvənd özümüzü və yaxınlarımızı qorumaq üçün ən təhlükəsiz və ən effektiv üsul olaraq qalır". /Report

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun