Tibbi xəbərlər
Gülsüm Əliyeva həkim deyilmiş:
Tibbi xəbərlər
603

Gülsüm Əliyeva həkim deyilmiş: Qanunsuz əməliyyat etdiyi klinika isə...

Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə “Gül Əliyeva” kimi tanınan Gülsüm Əliyeva Gəncədə fəaliyyət göstərən "VMR" Estetik Klinikasında liposaksiya əməliyyatı aparıb. Həmin əməliyyat zamanı Gülbəniz Bayramova adlı şəxsin həyatını itirdiyi bildirilir.

E-saglam.az xəbər verir ki, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən "Unikal"ın sorğusuna cavab olaraq bildirilib ki, Səhiyyə Nazirliyinin həkimlərin reyestri bazasında Gülsüm Əliyevanın adı həkim kimi qeydiyyatda yoxdur:

"AEM əməkdaşları ötən il həmin estetik mərkəzdə plandankənar yoxlama keçirib və “VMR Estetik Klinikası” İnzibati Xətalar Məcəlləsinin 210.1-ci (Lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə fiziki şəxslər iki min manatdan üç min manatadək məbləğdə, vəzifəli şəxslər beş min manatdan on min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə) maddəsi ilə protokol tərtib edilmiş və aidiyyəti üzrə icraata göndərilib.

Bundan əlavə, “VMR Estetik Klinikası”nın Bakıdakı filialında da başqa bir vətəndaşın şikayəti  əsasında da yoxlama keçirilib və İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə protokol tərtib edilərək, növbəti icraata göndərilib. 

Ölüm faktına gəldikdə bununla bağlı araşdırmalar istintaq orqanları tərəfindən aparılır", - deyə məlumatda qeyd olunub.

16:02

"O, özünü sosial mediada “Gül Əliyeva” kimi təqdim edir. Əvvəlcə qeyd edim ki, bir insan rəsmi sənədlərdə adını dəyişmədiyi halda, sadəcə görüntü naminə fərqli ad istifadə edirsə, bu, peşəkar yanaşmadan uzaqdır. Ciddi və savadlı insanlar adla oynamazlar".

E-saglam.az xəbər verir ki, bu sözləri hazırda Amerikada yaşayan jurnalist Qənirə Ataşova deyib. O bildirib ki, Gülsüm Əliyeva uzun illər Respublika Xəstəxanasında baş həkimin katibəsi vəzifəsində çalışıb:

"Səhiyyə camiəsinin üzvləri bildirir ki, o, Vüsal adlı bir şəxslə tanışlığından sonra özünü həkim kimi təqdim etməyə başlayıb. Halbuki, Azərbaycanın Tibb Universitetində onun adına rast gəlinmir. Sosial şəbəkədə ara-sıra Türkiyədə olduğunu göstərən fotolar paylaşaraq, sanki orada təhsil almış görüntüsü yaradır. Lakin bu, həqiqəti əks etdirmir. Rəsmi sorğularım nəticəsində məlum olub ki, Gülsüm Əliyeva Türkiyədə də heç bir tibb təhsili almayıb. Ən təəssüf doğuran məqam isə budur təhsilsiz həkimlik edir. Liposaksiya və bədən şəkilləndirmə əməliyyatları aparır. Nə anatomiya, nə fiziologiya, nə də cərrahiyyə elmi üzrə rəsmi təhsili olmayan birinin bu cür əməliyyatlar aparması cinayətdir".

Q.Ataşova vurğulayıb ki, bu fəaliyyət nəticəsində Gülbəniz Bayramova adlı gənc xanımın həyatını itirməsi ilə bağlı fakt var: "Əməliyyatı kimin etdiyi açıq-aşkar göstərilmir, amma cavabdehlik üzərindən sükutla keçilməsi acı bir gerçəkdir. Çünki ölüm pul ilə basdırılıb.

Daha acınacaqlısı isə, bir sıra tanınmış sənətçilərin bu xanımı “doktor” adı ilə xalqımıza tanıtmasıdır. Ümid edirəm ki, sadəcə məlumatları olmayıb. Amma unutmayaq – xalqın sevgisini qazanan sənətçilər eyni zamanda xalqa qarşı məsuliyyət daşıyır. Onlar bilmədən də olsa, belə saxta fəaliyyətlərin legitim görünməsinə şərait yaratmamalıdır. Diqqətli olun.

Saxta diplomlar təqdim oluna bilər, ancaq dövlətlərin giriş-çıxış tarixləri, təhsil sistemləri bunu ortaya çıxaracaq qədər şəffafdır".

Jurnalist qeyd edib ki, əgər bu xanım iddia etdiyi kimi həqiqi bir diplom sahibidirsə, buyursun, açıq şəkildə göstərsin:

"Həqiqi diplomdursa, peşəkar həkimlərimizlə birlikdə baxmağa və lazım gələrsə, üzr istəməyə hazıram. Amma bizlərdən həkimlik maskası ilə gizlincə ölümlərə aparan yolu düzəltməyə heç kimin haqqı yoxdur. Mən Gülbənizin faciəsini təkrar yaşamamaq üçün bu məsələyə toxunuram. Qadınlarımız, qızlarımız belə insanların əlinə düşməsin deyə. Bu bir şəxsin deyil, bütöv bir cəmiyyətin təhlükəsizliyi məsələsidir".

Qarşı tərəfin mövqeyini də dərc edə bilərik. 

Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun