Tibbi xəbərlər
Kalsium içənlərin diqqətinə: Bu səhv ürək-damar sisteminizə
Tibbi xəbərlər
228

Kalsium içənlərin diqqətinə: Bu səhv ürək-damar sisteminizə zərər verir

Ürək-damar xəstəliyi olan xəstələrdə kalsiumun yüksək dərəcədə qəbulu yumşaq toxuma və damarların kalsifikasiyasına səbəb ola bilər. Arteriyaların kalsifikasiyası isə onların sərtliyini artırır, onlar daralır və insult, miokard infarktı kimi yeni ürək-damar hallarının yaranma riski yüksəlir.

E-saglam.az-ın xəbərinə görə, bu barədə "Gazeta.ru" nəşrinə müsahibəsində rusiyalı kardioloq Yevgeni Kokin danışıb.

"Kalsifikasiya ürəyin fəaliyyətini pisləşdirir ki, bu da ürək ritminin pozulmasına və ürək-damar sisteminə əlavə yük düşməsinə gətirib çıxarır. Bundan əlavə, ürək-damar xəstəliyi olan xəstələrə tez-tez antikoaqulyantlar və digər dərmanlar təyin edilir, həddindən artıq kalsium isə bu dərmanların effektivliyini dəyişə, tromb riskini artıra bilər. Həmçinin həddindən artıq kalsium ürək üçün vacib olan maqnezium və kaliumun udulmasına mənfi təsir göstərə bilər. Bu mineralların balanssızlığı ürək ritminin pozulmalarına və digər ürək-damar problemlərinə səbəb ola bilər", - deyə Yevgeni Kokin əlavə edib.

Geniş yayılmış aterosklerozu olan insanlar üçün də artıq kalsium zərərli ola bilər.

"Ateroskleroz zamanı damarların divarlarında yağ toplanmalarından, xolesterin və digər maddələrdən ibarət aterosklerotik lövhələr əmələ gəlir. Həddindən artıq kalsium istehlakı bu lövhələrin kalsifikasiyası prosesinə səbəb ola bilər ki, bu da damarların qopma ehtimalını artırır", - deyə həkim qeyd edib. (Oxu.az)

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun