Psixologiya
İstifadə etdiyimiz qidalar psixologiyamıza
Psixologiya
406

İstifadə etdiyimiz qidalar psixologiyamıza necə təsir edir?

Yediyimiz hər qida təkcə fiziki sağlamlığımıza deyil, psixi vəziyyətimizə də təsir edir. Alimlər Aralıq dənizi pəhrizinin depressiya və narahatlıq riskini azaltdığını bildirirlər.

E-saglam.az xəbər verir ki, meyvə, tərəvəz, tam taxıl, yağlı toxum və balıqla zəngin qidalanma sinir funksiyasını və stressin tənzimlənməsini dəstəkləyir.

Digər tərəfdən, yüksək şəkərli və işlənmiş qidalar, trans və doymuş yağlarla zəngin pəhriz əhval pozğunluğu riskini artırır. Aşağı karbohidratlı pəhrizlər bəzi insanlarda əsəbilik və depressiv simptomlara səbəb ola bilər. Omeqa-3 yağ turşuları, B vitaminləri və maqnezium isə beyin funksiyalarını gücləndirir və əhval-ruhiyyəni yaxşılaşdırır.

Bağırsaq sağlamlığı psixi vəziyyətə birbaşa təsir edir. Fermentasiya olunmuş qidalar probiotik təsiri ilə bağırsaq mikrobiotasını dəstəkləyərək psixi sağlamlığa müsbət təsir göstərir. Şəkər və turşulu içkilərin həddindən artıq istehlakı isə depressiya riskini artırır.

Psixi sağlamlığı qorumaq üçün balanslı qidalanma və təbii qidalara üstünlük vermək vacibdir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun