İsrail həkimləri başı bədənindən qopan uşağın başını yerinə tikdilər. Tibb sahəsində nadir əməliyyatlardan biri baş tutub.
E-saglam.az xarici mediaya istinadən bildirir ki, əməliyyat İsrail həkimləri tərəfindən həyata keçirilib. Belə ki, cərrahlar başı bədənindən ayrılmış 12 yaşlı fələstinli uşağın başını yenidən yerinə tikə biliblər.
Azyaşlının əməliyyatdan sonra hərəkətsiz qalacağı düşünülürdü. Lakin o, ayağa qalxıb və hərəkət funksiyaları normal çalışıb.
Qeyd edilir ki, 12 yaşlı fələstinli Süleyman Həsən velosiped sürərkən onu maşın vurub və başı maşının altında qalaraq qopub. Kənardan onun başı bədəninə bitişik görünüb. Lakin rentgen müayinəsi zamanı kəllə sümüyünün onurğadan ayrıldığı məlum olub.
Tibb tarixinə düşən əməliyyatı cərrah Oxad Eynav edib.