Tibbi xəbərlər
İnsan böyrəyindən çıxarılan ən böyük daş:
Tibbi xəbərlər
614

İnsan böyrəyindən çıxarılan ən böyük daş: Böyrəyinin özündən böyükdür

Bəzən insanlar istəmədən rekordçu ola bilirlər, yəni Ginnesin Rekordlar Kitabına düşmək üçün demək olar ki, heç nə etmirlər.

E-saglam.az xarici KİV-ə istinadən xəbər verir ki, Şri-Lankada yaşayan 62 yaşlı Kanistus Kunhe də oxşar vəziyyətlə üzləşib.

Kişi kömək üçün həkimlərə müraciət edib, əməliyyatdan sonra ayılıb və adının bundan sonra məşhur Rekordlar Kitabına düşəcəyini öyrənib.

Məsələ burasındadır ki, həkimlər onun böyrəyində böyrəyin özündən 2 sm uzun olan daş aşkar ediblər. Onu Rekordlar Kitabına daxil edən daşdır, Canistus Kunhe deyil.

Daşın uzunluğu 13,3 sm, eni 10,5 sm, çəkisi isə 800 qram idi. Daha maraqlısı odur ki, kişi uzun müddət içərisində belə daş ilə yaşamasına baxmayaraq, sağ böyrəyinin normal fəaliyyətini davam etdirib.

Bu hal çıxarılan daşın ölçüsündən az olmayaraq həkimləri təəccübləndirib.

Xatırladaq ki, əvvəllər Hindistanda bir xəstənin böyrəyindən çıxarılan ən böyük daş 13 sm olub. Ən ağır daş Pakistan sakininin böyrəyində tapılıb. Çəkisi 620 qram idi. /lent.az

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun