Xəbərlər
İndoneziyada piton 45 yaşlı qadını
Xəbərlər
342

İndoneziyada piton 45 yaşlı qadını uddu

İndoneziyada itkin düşən 45 yaşlı qadının meyiti piton ilanın mədəsindən çıxarılıb.

E-saglam.az "Unikal"a istinadən xəbər verir ki, hadisə Cənubi Sulavesi əyalətinin Kalempanq kəndində baş verib. İyunun 6-da axşam vaxtı Fəridə adlı qadın itkin düşüb. Axtarışa çıxan kənd sakinləri növbəti gün kəndin yaxınlığındakı meşədə qarnı qabarmış tor piton görüblər. Uzunluğu 5 metr olan ilanının qarnını kəsən kəndlilər Fəridənin bütöv meyitini aşkarlayıblar.

Bu cür hadisələr nadir hallarda baş versə də, son illər İndoneziyada pitonun insan udmasına dair bir neçə fakt qeydə alınıb. Ötən il Cənub-şərqi Sulavesi əyalətinin Muna adasında 8 metr uzunluğu olan piton bir nəfəri boğub öldürdükdən sonra udub. 2018-ci ildə isə ştatın başqa bir qəsəbəsində 54 yaşlı qadının meyiti 7 metr uzunluğu olan pitonun qarnında aşkarlanıb. Ondan bir il əvvəl isə Qərbi Sulavesidə 4 metr uzunluğu olan piton kəndlini diri-diri udub.

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun