Faydalı
İmmuniteti və yaddaşı gücləndirir, altsheymerdən qoruyur  -
Faydalı
451

İmmuniteti və yaddaşı gücləndirir, altsheymerdən qoruyur - Almanın 5 möhtəşəm faydası

Dəridən immunitet sisteminə, yaddaşı gücləndirməkdən, altsheymerdən qorumağa qədər bir çox sahədə sağlamlığımıza töhfə verən almanın faydaları saysız-hesabsızdır.

Bu barədə E-saglam.az-a TƏBİB-in tabeliyində fəaliyyət göstərən Binəqədi Tibb Mərkəzindən məlumat verilib.

Almanın ən önəmli 5 faydasını təqdim edirik: 

1. Yaddaşı gücləndirir
Gündəlik həyatın təlaşında əminik ki, bir çoxunuz unutqanlıqdan şikayət edirsiniz. Ancaq hər gün qəlyanaltı olaraq istehlak etdiyiniz bir alma tərkibindəki dəmir və fosfor sayəsində yorğunluğa qarşı fayda verməklə yanaşı, zehni açır və yaddaşı gücləndirir.

2. Xərçəngdən qoruyur
Hər gün 1 alma istehlakı ağciyər və kolon xərçəngi riskini azaldır. Alma tərkibindəki C vitamini sayəsində xərçəng hüceyrələrinin böyüməsinin qarşısını alır. C vitamini ən çox qabığın altında cəmləşdiyi üçün yaxşıca yuyulmaq şərti ilə qabığı ilə birlikdə istehlak etmək faydalıdır.

3. Qəbizliyə faydalıdır
Almanın faydalarından biri də qəbizliyə qarşı xeyirli olmasıdır. 100 qramında 2 qram lif olan bu ləzzətli meyvə, tərkibindəki həll olunan və həll olunmayan liflər sayəsində bağırsaq hərəkətlərini tətikləyir və sürətləndirir.

4. İmmunitet sistemini gücləndirir
Xüsusilə qış xəstəliklərinin tez-tez qapını döydüyü günlərdə immunitet sistemimizin güclü olması son dərəcə vacibdir. Alma tərkibindəki flavonoidlər, C vitamini və B qrupu vitaminləri sayəsində immunitet sistemini gücləndirir.

5. Altsheymer və parkinson xəstəliyindən qoruyur
Qırmızı almanın faydaları arasında tərkibindəki antioksidantlar sayəsində sinir sistemi hüceyrələrinin zədələnməsinin qarşısını alaraq altsheymer və parkinson kimi xəstəliklərdən qoruması da var.

Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun