Qidalanma
İllərdir boşqabımızda olan möcüzə -
Qidalanma
989

İllərdir boşqabımızda olan möcüzə - Harvard təsdiqlədi

Harvard mütəxəssisləri bildirir ki, xroniki iltihabla mübarizədə ən güclü silah dərman deyil, düzgün qidalanmadır.

E-saglam.az xəbər verir ki, iltihab orqanizmin təbii müdafiə reaksiyasıdır, lakin uzun müddət davam etdikdə xərçəng, ürək xəstəliyi, diabet, artrit və Alzheimer kimi ciddi xəstəliklərə yol aça bilər.

Professor Frank Hu qeyd edir ki, illərdir boşqabımızda yer alan bəzi qidalar iltihabı azaltmaqda olduqca təsirlidir. Məsələn, meyvələr (qaragilə, çiyələk), tərəvəzlər (pomidor, ispanaq, brokoli), yağlı balıqlar, qoz, badam, zeytun yağı və yaşıl çay antiinflamatuar təsirə malikdir. Bu təbii və işlənməmiş məhsullar həm immun sistemi dəstəkləyir, həm də həyat keyfiyyətini yüksəldir.

Əksinə, şəkərli içkilər, qırmızı və işlənmiş ətlər, ağ çörək, marqarin və qızardılmış yeməklər isə bədəndə iltihabı artıraraq bir çox sağlamlıq problemini dərinləşdirə bilər.

Nəticə olaraq, düzgün qidalanma ilə həm bədəni iltihabdan qorumaq, həm də uzunmüddətli sağlamlıq təmin etmək mümkündür.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun