Koronavirus əleyhinə peyvəndlərin insan orqanizmində anticim yaradacağı bildirilsə də, bu bəzi hallarda özünü doğrultmur.
E-saglam.az bildirir ki, Azərbaycanın tanınmış jurnalisti, “anews.az” saytının baş redaktoru Nailə Balayeva iki doz vaksin vurdurandan sonra orqanizmində anticismin yaranması-yaranmamasıni yoxlaamaq üçün test verib. Ortaya çıxan nəticə jurnalistin təəccübünə səbəb olub.
Vaksinasiya prosesini davamlı təbliğ edən sayt rəhbəri bununla bağlı paylaşım edib: “Aprelin 21-də ikinci doz CoronaVac vaksini vurandan sonra antitel analizi verəcəyimə söz vermişdim. Verdiyim sözü yerinə yetirdim. İki doz Çin vaksini vurdurdum. Qaydaya görə, birinci dozanı vurandan 40 gün sonra ikincini vurmaq şərti ilə antitel əmələ gəlməli idi. Amma 40 gün yox, daha çox vaxt keçməsinə baxmayaraq orqanizmdə antitel əmələ gəlməyib. Paradoksal hal budur ki, vaksin heç bir effekt verməsə də, mən yeni vaksin vura bilmərəm. Çünki sistem elə qurulub ki, vaksinasiyadan ancaq altı ay sonra venidən peyvənd olunmaq olar. Bu səmərəsiz vaksini ancaq vaksin vurmaq xətrinə adamlara vurmağın nə mənası var?”
Tanınmış jurnalist peyvənd olunmayanlara Avropa istehsalı olan “Pfizer” və ya “AstraZeneca” vaksinləri vurdurmağı tövsiyə edib.