Sosial
İki dəfə kliniki ölüm keçirən Ümidin vəziyyəti ağırlaşıb -
Sosial
270

İki dəfə kliniki ölüm keçirən Ümidin vəziyyəti ağırlaşıb - Köməyə ehtiyacı var

Yeddi yaşlı Ümidin yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.

E-saglam.az bildirir ki, bu barədə Oxu.Az-a onun anası Rufanə Məmmədova məlumat verib.

O bildirib ki, övladının doğulandan qıcolması var və eyni zamanda, beyin iflici də keçirib:

"Ümid dünyaya gələndən bir müddət sonra onun beynində işemik problem olduğunu öyrəndik. Beynindəki problemə görə bir neçə ildir ki, qıcolması var. Əvvəllər qıcolmaları həftədə bir neçə dəfə olurdusa, son vaxtlar gün ərzində 4-5 dəfə tutmağa başlayıb. Ümidin müalicəsini sizin saytın izləyicilərinin dəstəyi ilə edirik. Bir müddət əvvəl Ümidin vəziyyəti ağırlaşdı, biz onu xəstəxanaya çatdırdıq. Orada o, kliniki ölüm keçirdi. Ümidi aparata qoşub, Bakıya göndərdilər. Burada müayinələr zamanı onun həm də pnevmoniya keçirdiyini dedilər".

Rufanə Məmmədova övladının müalicəsi üçün hazırda dəstəyə ehtiyacları olduğunu deyib:

"Ümidi illərdir güc-bəla ilə saxlayırıq. Xəstə olduğu üçün bədəni çox həssasdır, çox tez xəstələnir, vəziyyəti tez pisləşir. Ümid bu kiçik ömründə iki dəfə kliniki ölüm keçirib. Qıcolması var. Sonuncu dəfə vəziyyəti pisləşəndən sonra görməsi də tamamilə zəifləyib. İnanın, artıq tükənmişik. Hazırda müalicələri qarşılamaq üçün bizim imkanımız yoxdur. Bizim üç övladımız var, yoldaşım rayonda günü 15 manata çoban işləyir. Bu pulla həm ailəmizi dolandırıb, həm uşağın müalicəsini etmək, demək olar ki, mümkünsüzdür. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm".

Ailə ilə əlaqə: (050) 392-24-46.

"Kapital Bank": 4169 7388 2380 6850.

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun