Sağlamlıq
İdman edən kök insan, hərəkətsiz arıqdan daha sağlamdır –
Sağlamlıq
321

İdman edən kök insan, hərəkətsiz arıqdan daha sağlamdır – Mütəxəssisdən şok açıqlama

Uzunömürlülük üzrə mütəxəssis Con Şarffenberq idmanla bağlı geniş yayılan bir fikri təkzib edib.

E-saglam.az xəbər verir ki, o, El Español qəzetinə verdiyi müsahibədə bildirib ki, sadəcə arıq olmaq yetərli deyil – əsas məsələ hərəkətdə qalmaqdır.

 

Mütəxəssis deyib: “Əgər müntəzəm idman edirsinizsə, arıq olmaq yaxşıdır. Amma hətta kök bir insan belə hər gün bir az məşq edirsə, bu, idman etməyən arıq bir insandan daha faydalıdır”.

 

O, əlavə edib ki, bu qayda siqaret çəkmək, yüksək qan təzyiqi və yüksək xolesterin kimi risk faktorları olsa belə keçərlidir. Şarffenberq 2021-ci ildə aparılmış bir elmi araşdırmaya istinad edərək bildirib ki, fiziki aktivlik ürək-damar xəstəlikləri də daxil olmaqla bir çox ciddi xəstəliklərin riskini azaldır.

 

Yəni uzun və sağlam həyat üçün sadəcə çəkini deyil, gündəlik hərəkətliliyi də ön planda saxlamaq lazımdır.

 

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun