Tibbi xəbərlər
İbtidai insanların qidası barədə
Tibbi xəbərlər
390

İbtidai insanların qidası barədə yeni məlumatlar əldə edilib

Uzun müddət belə bir fikir hakim idi ki, yığıcılıq və ovçuluqla məşğul olan ibtidai insanların qidasının əsasını ət təşkil edib. Lakin son tədqiqatlar bu fikrin həqiqiliyini şübhə altına alır.

E-saglam.az  xəbər verir ki, Almaniyanın Maks Plank İnstitutu, Fransanın Tuluz Yer Elmləri Laboratoriyası və Mərakeşin Milli İrs və Arxeologiya Elmləri İnstitutunun birgə tədqiqatının nəticələri elmi jurnalda dərc olunub.

Məqalə müəllifləri göstərirlər ki, hələ əkinçilik meydana çıxmazdan qabaq, təxminən 15 min il əvvəl insanların qidasında bitkilər üstünlük təşkil edib. Mərakeşdəki Taforalt mağarasından götürülən nümunələr sübut edib ki, insanlar həmin dövrdə paxlalı bitkilər, xüsusən də mərciməklə qidalanıblar. Körpələrin qidasında isə bitkilərə daha çox üstünlük verilib. İbtidai insanlar qidaya yaramayan bitkilərdən səbət hörməyi öyrəniblər.

Alimlər sink və stronsium izotoplarının analizi əsasında bu nəticəyə gəliblər.

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun