Qidalanma
Hər gün qaşıq-qaşıq yeyirik -
Qidalanma
350

Hər gün qaşıq-qaşıq yeyirik - Mədəmizi "deşirmiş"

Ən sevilən ləzzətlərdən biri olan mürəbbənin əslində mədəyə və qaraciyərə böyük zərərləri olduğu məlum olub.

E-saglam.az xəbər verir ki, şəkər və əlavələrlə zəngin olan bu şirin ləzzət hər gün, xüsusilə səhərlər qaşıq-qaşıq yeyildikdə, həzm sistemində bir sıra problemlərə yol aça bilər.

Mütəxəssislər bildirirlər ki, mürəbbənin ifrat istifadəsi mədə turşusunun artmasına, qastrit və reflü kimi narahatedici halların yaranmasına səbəb ola bilər. Eyni zamanda, bu cür şəkərli qidalar mədənin bakterial balansını pozur, bağırsaqlarda faydalı mikrofloranın azalmasına və pis bakteriyaların çoxalmasına şərait yaradır.

Qaraciyər baxımından isə, mürəbbənin tərkibindəki yüksək fruktoza qısa zamanda piyə çevrilərək bu orqanda yağlanmanı sürətləndirə bilər. Bu da qeyri-alkoqollu yağlı qaraciyər xəstəliyinə (NAFLD) yol aça bilər. Uzun müddət davam edən bu proses isə insulin müqavimətinin artmasına və 2-ci tip şəkərli diabet riskinin yüksəlməsinə gətirib çıxarır.

Mürəbbənin gündəlik və nəzarətsiz istifadəsi həm də həzm prosesini ləngidə bilər. Mədə boşalmasının gecikməsi nəticəsində qaz, şişkinlik və narahatlıq halları müşahidə edilə bilər.

Bu səbəbdən səhər süfrələrinin ayrılmaz hissəsi sayılan mürəbbənin miqdarına xüsusi diqqət yetirilməli, sağlam və balanslı qidalanma vərdişi prioritet sayılmalıdır. Təbii və az şəkərli alternativlərə üstünlük vermək isə həm mədə, həm də qaraciyər sağlamlığı üçün daha faydalıdır. (Milli.Az)

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun