Faydalı
Hər gün istifadə olunur, lakin təhlükəsini az adam bilir:
Faydalı
279

Hər gün istifadə olunur, lakin təhlükəsini az adam bilir: Dərmanların təsirini məhv edə bilər

Çay, şorba, desert və qəhvə kimi gündəlik həyatın bir çox sahəsində istifadə olunan darçınla bağlı yeni elmi xəbərdarlıq yayılıb. Məlum olub ki, darçının əsas tərkib hissəsi olan sinnamaldehid bəzi dərmanların orqanizmdən daha tez xaric olunmasına səbəb olaraq onların təsirini azalda bilər.

E-saglam.az xəbər verir ki, ABŞ-də aparılan araşdırmaya əsasən, sinnamaldehid qaraciyərdə dərman metabolizmasına cavabdeh reseptorları aktivləşdirir. Bu isə xüsusilə reseptli dərman qəbul edən insanlar üçün risk yaradır. Tədqiqat rəhbəri professor Şabana Xan bildirib: “Darçının çox miqdarda istehlakı dərmanların bədəndə qalma müddətini azalda, beləliklə onların effektivliyini zəiflədə bilər”.

Əlavə şəklində istifadəyə diqqət

Adətən yulaf, içkilər və müxtəlif qidalarda az miqdarda istifadə edilən darçının zərərsiz olduğu bildirilsə də, tərkibində yüksək dozada sinnamaldehid olan əlavələr risk daşıyır. Alimlərin fikrincə, bu cür əlavələr qan durulaşdıran dərmanlarla qarşılıqlı təsirə girərək qanaxma riskini artıra bilər.

Faydalı, amma ehtiyatla istifadə edilməlidir

Darçın antioksidant təsiri və ürək sağlamlığına müsbət təsiri ilə tanınır. Bəzi laborator tədqiqatlarda darçının Alzheimer xəstəliyinə səbəb olan zülalların yaranmasını azalda biləcəyi qeyd olunsa da, bu nəticələr klinik olaraq sübuta yetirilməyib. Xroniki xəstəlikləri olan şəxslər – məsələn, yüksək təzyiq, şəkər, astma, xərçəng və ya depressiya diaqnozu almışlar – hər hansı əlavə qəbul etməzdən əvvəl həkimlə məsləhətləşməlidir.

Darçın növləri fərqlidir

Tədqiqatçılar bildirir ki, bazarda satılan darçın növləri arasında tərkib baxımından ciddi fərqlər var. Bəzi növlərdə yüksək miqdarda kumarin olduğu üçün bu maddə qan durulaşdırıcı dərmanlarla birlikdə ciddi təhlükələr yarada bilər. Bunun əksinə olaraq, antibakterial xüsusiyyətləri ilə tanınan darçın yağı daha təhlükəsiz hesab olunur.

Ehtiyatlı istifadə zəruridir

Mütəxəssislər darçının orqanizmə təsirlərinin daha ətraflı araşdırılmasına ehtiyac olduğunu vurğulayır. Onların fikrincə, təbii olsa belə, istənilən qida əlavəsi düşünülmədən istifadə olunarsa, sağlamlıq üçün təhlükəli nəticələr doğura bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun