Xəstəliklər
Həkimlər 3 əlaməti ciddi qəbul etmədi:
Xəstəliklər
837

Həkimlər 3 əlaməti ciddi qəbul etmədi: Gənc qadında 4-cü mərhələdə kolon xərçəngi çıxdı

ABŞ-də yaşayan 31 yaşlı Sidney Stoner, 20 yaşlarının əvvəlindən ciddi sağlamlıq problemləri ilə üzləşmişdi. Şiddətli qarın ağrısı, ishal və qəbizliklə bağlı həkimlər onun simptomlarını gənc yaşını əsas gətirərək ciddi qəbul etməyiblər.

E-saglam.az xəbər verir ki, 2019-cu ildə iş yerində huşunu itirənə qədər əzab çəkən Stoner, sonunda həkimləri nəcisində qan gördüyünü söyləyərək testlər aparmağa inandırdı. Bu "yalan" onun həyatını xilas etdi.

2020-ci ilin sentyabrında kolonoskopiya zamanı 4-cü mərhələdə kolon xərçəngi diaqnozu qoyuldu. Şiş bağırsaqdan keçməyi çətinləşdirəcək qədər böyük idi. Stoner, "Kolonoskopiya etmək üçün yalan danışmalı oldum", - dedi.

Diaqnozdan sonra onun yoğun bağırsağından və qaraciyərindən xərçəngli toxumalar çıxarıldı. Kimyaterapiya ilə ağciyərlərindəki şişlərlə mübarizə aparıb və hazırda xərçəngi "stabil"dir.

Stoner, gənc yaşda diaqnoz qoyulan bir çox insana diqqət çəkərək, erkən diaqnozun vacibliyini vurğuladı. O, kolon xərçəngi müayinəsi yaşının aşağı salınmasını müdafiə edir.

Amerika Xərçəng Cəmiyyətinin məlumatına görə, gənclər arasında kolon xərçəngi halları artmaqdadır və 2030-cu ilə qədər bu nisbətin iki dəfə artması gözlənilir.

Tərcümə: Könül Oruc

E-saglam.az

 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun