Tibbi xəbərlər
Həkim olmaq istəyən fiziki məhdudiyyətli uşağın arzusu Yeni Klinikada reallaşdı
Tibbi xəbərlər
194

Həkim olmaq istəyən fiziki məhdudiyyətli uşağın arzusu Yeni Klinikada reallaşdı

Bakı şəhər DYP İdarəsinin təşəbbüsü, TƏBİB-in tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın dəstəyi ilə fiziki məhdudiyyətli, 6 yaşlı Ədalətin həkim olmaq arzusu bir günlük də olsa reallaşıb.

E-saglam.az xəbər verir ki, bu barədə Yeni Klinikanın Şöbə müdiri Nuridə Allahyarova məlumat verib. 

Belə ki, "Diqqət, uşaqlar!" adı altında hərəkətin təhlükəsizliyi aylığına həsr olunmuş tədbir zamanı Bakı şəhər DYP İdarəsinin baş inspektoru, polis moyoru Araz Əsgərlinin “Gələcəkdə nə işləmək istəyirsən?” sualına “həkim” deyə, cavab verən Ədalət üçün Yeni Klinika daxilində tur keçirilib.

Tur zamanı Ədalət “doktora” Yeni Klinikanın əməkdaşları bələdçilik edib. 

Tanışlıq çərçivəsində Ədalət klinikanın direktor müavini, Cərrahiyyə və transplantasiya mərkəzinin rəhbəri Eldar Əhmədovun və TƏBİB-in icraçı direktorunun müşaviri, Yeni Klinikanın İdarə Heyətinin üzvü Pərvin Əkbərovun da qəbulunda olub. 

Məlumat üçün bildirək ki, Pərvin Əkbərov Ədalətin fizioterapiya və reabilitasiyası məqsədi ilə müvafiq prosedurlarının icra ediləcəyini də vurğulayıb.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun