Xəstəliklər
Həkim: Günvurma daxili orqanlarda da dəyişikliyə səbəb ola bilər
Xəstəliklər
63

Həkim: Günvurma daxili orqanlarda da dəyişikliyə səbəb ola bilər

Günvurma daxili orqanlarda da dəyişikliyə səbəb ola bilər

E-saglam.az xəbər verir ki, bu sözləri Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməliyyat işləri üzrə baş həkimin müavini Nuridə Fərzəliyeva Səhiyyə Nazirliyinin canlı yayımında çıxışı zamanı deyib.

O bildirib ki, günvurma dərəcəsinə görə üç yerə bölünür:

“Yüngül, orta-ağır və ağır dərəcəli günvurma olur. Günvurmanın əlamətləri baş ağrıları, göz önündə qara nöqtələrin sayrışması, ürəkbulanması kimi ilkin simptomlar olur. Pasiyent təcili yardıma müraciət edərkən vəziyyətini izah edə biləcək durumdadırsa, gün altında qaldıqdan sonra belə halsızlaşdığını deməlidir.

Orta-ağır və ağır vəziyyətdə olanlar isə təcili surətdə həkimə müraciət etməli və ona ilkin tibbi xidmət göstərilməlidir. Çünki günvurmanın altında çox qaldıqda qusma, huşunu itirmə, eşitmənin itməsi və hətta sinir sistemində dəyişiklərə də səbəb ola bilir. Günvurma daxili orqanlarda dəyişikliyə belə gətirib çıxara bilər”./oxu.az/

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun