Bəzi qidalar aşağı libidolu kişilərə və qadınlara kömək edə bilər.
E-saglam.az publika.az-a istinadən xəbər verir ki, “GP Claire Bailey” cinsi həyatı yaxşılaşdırmaq üçün nə yemək lazım olduğunu açıqlayıb.
Həkimin sözlərinə görə, intim problemi olan insanlara meyvə, tərəvəz, yağsız zülal və bütün taxıllarla zəngin Aralıq dənizi pəhrizinə riayət etmək tövsiyə olunur. Bu, təkcə insanın fiziki və zehni rifahına təsir etmir, həm də cinsi istəyi dəstəkləyir.
“Claire Bailey” qadınlara sink və fitoestrogenləri yüksək olan qidalar - qoz-fındıq və kətan toxumu, küncüt və noxud yeməyi tövsiyə edir.
Libidonu artırmaq üçün kişilər təbii afrodizyak sayılan çuğundur yeməlidirlər. Çuğundur “Viaqra” kimi fəaliyyət göstərir, orqanlara, o cümlədən cinsiyyət orqanlarına qan axınını yaxşılaşdırır. Həkim həmçinin testosteron səviyyəsini artırmaq üçün yağlı balıq kimi omeqa-3-də yüksək olan qidaları tövsiyə edir.