“Həftəsonu nəqliyyatın məhdudlaşlaşdırılması əsəs məqsədi aktivliyin azaldılması ilə əlaqədardır”.
E-saglam.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov bildirib.
O qeyd edib ki, aktivlik artan kimi yoluxma sayı da kəskin artır:
“Sentyabrın əvvəlinə qədər hələ vaxt var. Gələn ayın ortalarında ölkədəki epidemioloji vəziyyətdən asılı olaraq həftəsonu nəqliyyatın hərəkətinin məhdudlaşdırılması bağlı qərar qəbul edilə bilər”.
O qeyd edib ki, hələlik həftəsonu nəqliyyatın fəaliyyəti barədə bağlı müzakirələr aparılmır.// oxu.az