Tibbi xəbərlər
Hansı qan qrupunda xərçəngə tutulma riski
Tibbi xəbərlər
241

Hansı qan qrupunda xərçəngə tutulma riski daha yüksəkdir?

Son araşdırmalar qan qruplarının bəzi xərçəng növlərinə tutulma riskinə təsir edə biləcəyini göstərib.

E-saglam.az xəbər verir ki, İranda 50.000 insan üzərində aparılan tədqiqat nəticəsində A (II), B(III) və AB(IV) qan qruplarına sahib şəxslərin xərçəngə daha meylli olduğu müəyyən edilib. Xüsusilə mədə və mədəaltı vəzi xərçənginin bu qruplarda daha çox rastlandığı bildirilir.

Araşdırma nəticələrinə görə, A qan qrupu olan insanların bağırsaq xərçənginə tutulma riski digər qan qrupları ilə müqayisədə altıda bir dəfə yüksəkdir. AB qan qrupu olan şəxslərdə isə qaraciyər xərçəngi riski 45% daha çoxdur. Bununla yanaşı, 0 qan qrupu (müsbət və ya mənfi) olan şəxslərin mədəaltı vəzi xərçənginə daha az tutulduğu müşahidə edilib.

Mütəxəssislər bildirir ki, qan qrupları həzm sistemi xərçəngləri ilə əlaqəli ola bilər və bu sahədə əlavə araşdırmalara ehtiyac var. Qan qrupunun orqanizmin bakteriyalara qarşı reaksiyasına təsir etdiyi və bunun xərçəng riskini artıra biləcəyi ehtimal edilir. Bu tapıntılar gələcəkdə xərçəngin qarşısının alınması və müalicəsi üçün yeni imkanlar aça bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun