Xəbərlər
“Hamilə olduğumu bilmirdim” -
Xəbərlər
530

“Hamilə olduğumu bilmirdim” - Körpəsini unitaza atan qadın

Bir neçə gündür Antalya hava limanında dünyaya gətirdiyi körpəsini unitaza atan rusiyalı qadın gündəmə gəlib.

E-saglam.az yerli mediaya istinadla xəbər verir ki, 28 yaşlı Yekaterina Burnaskina körpəsini oktyabrın 14-ü Antalya aeroportunda fiziki məhdudiyyətli şəxslər üçün nəzərdə tutulan sanitar qovşaqda dünyaya gətirib. Bunun ardınca, o, körpəni unitaza ataraq gedib.

Körpə qız atıldıqdan 12 dəqiqə sonra təmizlik işçisi tərəfindən aşkar edilib və bu barədə polisə məlumat verilib. Nəticədə aeroportun təhlükəsizlik xidmətinin əməkdaşları qadını saxlayıb.

Bu gün məhkəmə qarşısına çıxarılan Y.Burnaskina etdiyi hərəkətə aydınlıq gətirib. O bildirib ki, uşağı dünyaya gətirdikdən sonra Türkiyədən getməyə cəhd göstərib.

Onun sözlərinə görə, artıqçəkili olduğundan hamilə olmasından xəbərsiz olub. Körpəni Türkiyədə qoyaraq getməyi isə ona anası təklif edib.

Yekaterinanın anası da məhkəmə qarşısına çıxarılacaq.


(Redaktor.az)

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun