Son sutka ərzində Günəşdə iki güclü partlayış baş verib.
E-saglam.az xəbər verir ki, bu barədə Günəş aktivliyinin monitorinqi mərkəzi məlumat yayıb.
Bildirilib ki, Günəşdə ən yüksək dərəcəli - X səviyyəli iki partlayış qeydə alınıb.
Onlardan birincisi daha uzun müddət - 13 dəqiqə davam edib.