Tibbi xəbərlər
Gündə bir stəkan qaragilə yaddaşı
Tibbi xəbərlər
211

Gündə bir stəkan qaragilə yaddaşı gücləndirir

Gündə bir stəkan qaragilə qan təzyiqini aşağı salıb, beyin funksiyasını yaxşılaşdıra bilər.

E-saglam.az tibbi saytlara istinadla bildirir ki, bununla bağlı tədqiqat “American Journal of Clinical Nutrition” jurnalında dərc olunub.

Araşdırmaya görə, qaragilədə olan polifenolların istehlakı damar və beyin funksiyasının yaxşılaşması ilə əlaqələndirilir. Qaragilənin sağlamlığa necə təsir edə biləcəyini daha yaxşı anlamaq üçün tədqiqatçılar sınaq keçiriblər. Araşdırmaya 65-80 yaş aralığında 61 sağlam kişi və qadın daxil edilib. İştirakçılar 12 həftə ərzində təxminən 178 qram təzə qaragilə ekvivalenti olan 26 qram qurudulmuş yabanı qaragilə tozundan hazırlanan içki içiblər. Nəhayət, qaragilə yeyənlərin digərlərinə nisbətən daha aşağı qan təzyiqi ilə yanaşı, müvafiq tapşırıqlarda yaddaş və diqqətinin də artması müşahidə edilib.

Tədqiqatçılar qeyd edib ki, araşdırmanın nəticələrinə görə yabanı qaragilədə olan polifenollar yaşlı insanlarda ürək-damar xəstəlikləri riskini azalda bilər. / AZƏRTAC

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun