Tibbi xəbərlər
Göz əməliyyatı olunan 70 yaşlı şəxsin
Tibbi xəbərlər
365

Göz əməliyyatı olunan 70 yaşlı şəxsin görməsi 100 faiz bərpa edilib

Kliniki Tibbi Mərkəzdə Katarakta və digər ön seqment əməliyyatlarının icrasına başlanılıb

E-saglam.az xəbər verir ki, Kliniki Tibbi Mərkəzdə Katarakta və digər ön seqment əməliyyatlarının icrasına başlanılıb. Belə ki, KTM-də ilk dəfə kiçik kəsikdən fakoemulsifikasiya cərrahiyyəsi uğurla icra olunub.

70 yaşlı kişi cinsli pasiyent az görmə şikayəti ilə Kliniki Tibbi Mərkəzə müraciət edib. Xəstənin hər iki gözündə az görmə psevdoeksolyativ material dar pupil ağırlaşmış nüvə kataraktı diaqnozu qoyularaq əməliyyata hazırlanıb.

Kliniki Tibbi Mərkəzin həkimi oftalmoloq-cərrah Gülnar Sultanova tərəfindən icra edilən əməliyyat zamanı ən müasir avadanlıqlardan istifadə edilib. Bosch and Lomb fakoemulsifiyer cihazı ilə Leica M822 mikroskopu altında icra olunan əməliyyat uğurla başa çatdırılıb. Xəstəyə ABŞ istehsalı olan Alcon göziçi linza implantasiya olunub və o, tam sağalma ilə evə buraxılıb.

Məlumat üçün qeyd edək ki, artıq Kliniki Tibbi Mərkəzdə icrasına start verilən Katarakta və digər ön seqment əməliyyatları icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində həyata keçirilir.

Əməliyyat zamanı istifadə edilən Bausch + Lomb fako cihazı (fakoemulsifikasiya cihazı) oftalmologiyada katarakta əməliyyatları üçün istifadə olunan qabaqcıl cərrahi avadanlıqdır. Bu cihaz gözün içindəki bulanmış təbii büllurun (linzanın) ultrasəs dalğaları vasitəsilə maye halına salınıb çəkilməsi üçün istifadə olunur. Leica M822 isə oftalmoloji əməliyyatlar, xüsusilə də katarakta və vitreoretinal cərrahiyyə üçün nəzərdə tutulmuş yüksək keyfiyyətli cərrahi mikroskopdur.

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun