Xəbərlər
Göyçayda 51 yaşlı kişinin əməliyyat zamanı
Xəbərlər
408

Göyçayda 51 yaşlı kişinin əməliyyat zamanı QƏFİL ÜRƏYİ DAYANIB

Göyçay rayonunda əməliyyat zamanı vəfat edən şəxsin ölüm səbəbi məlum olub.

E-saglam.az xəbər verir ki, bu barədə Oxu.Az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Bildirilib ki, şəxsin "ağciyər arteriyasının tromboemboliyası" diaqnozundan öldüyü ehtimal edilir:

"Mayın 5-də saat 9:35 radələrində 1974-cü il təvəllüdlü (kişi cinsli) şəxs Göyçay Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə "ikitərəfli varikosele" diaqnozu ilə əməliyyata qəbul edilib.

Əməliyyat öncəsi xəstə bütün laborator və instrumental müayinələrdən keçirilib, əməliyyat üçün hər hansı əks göstəriş aşkar edilməyib. Həmçinin əməliyyat zamanı həmin şəxsdə heç bir patoloji hal müşahidə olunmayıb. Xəstənin hemodinamikası stabil olub. Lakin dəri tikişlərinə başlanılarkən ani ürək dayanması müşahidə edilib. Zəruri tibbi yardımlar və reanimasiya tədbirlərinə baxmayaraq, xəstədə bioloji ölüm baş verib. Ölüm səbəbi kimi "ağciyər arteriyasının tromboemboliyası" diaqnozu ehtimal olunur".

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun