Tibbi xəbərlər
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi
Tibbi xəbərlər
465

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olunub

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə əlaqədar açılmış cinayət işi üzrə xəstəxananın vəzifəli şəxsi həbs olunub.

Bu barədə E-saglam.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, iş üzrə Məhəbbət Abdullayev və Vidadi Hüseynov təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham elan edilib və məhkəmənin qərarı ilə hər iki şəxs barəsində ev dustaqlığı növündə qətimkan tədbiri seçilmişdi.

Məhəbbət Abdullayev barəsində seçilmiş ev dustaqlığının həbslə əvəz edilməsinə dair qərardan verilmiş apellyasiya protestini Bakı Apellyasiya Məhkəməsi təmin edib və təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı həbs qətimkan tədbiri ilə əvəz edilib.

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun