Tibbi xəbərlər
Fransada peyvənd olunmayan həkimlər işdən çıxarılacaq
Tibbi xəbərlər
20

Fransada peyvənd olunmayan həkimlər işdən çıxarılacaq

Fransada yeni növ koronavirus infeksiyasına qarşı peyvənd olunmayan səhiyyə işçiləri 15 sentyabrdan etibarən işdən kənarlaşdırılacaq və onlara məvacib verilməyəcək.

E-saglam.az xəbər verir ki, bunu Fransanın səhiyyə naziri Olivye Veran bəyan edib.

Fransa prezidenti Emmanuel Makron televiziya ilə xalqa müraciətində bildirib ki, həkimlər və xəstəxanalarda çalışanların hamısı məcburi vaksinasiya olunmalıdır. Onun sözlərinə görə, 15 sentyabrdan etibarən yoxlamalar aparılacaq və koronavirusa qarşı peyvənd olunmayan şəxslərə qarşı sanksiyalar tətbiq olunacaq.

“15 sentyabrdan etibarən tibb işçisi peyvənd olunmayıbsa, artıq işləyə bilməyəcək və ona maaş da verilməyəcək”, - deyə nazir vurğulayıb.

Qeyd edək ki, Fransanın Martinik və Reunyonda departamentlərində fövqəladə sanitar vəziyyət elan edilib və iyulun 13-dən komendant saatı yenidən tətbiq olunub. 

Mənbə: Report

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun