Tibbi xəbərlər
“Firma dərmanı” anlayışı mifdir –
Tibbi xəbərlər
633

“Firma dərmanı” anlayışı mifdir – Tanınmış həkim-deputatdan açıqlama

“Artıq neçə illərdir ki, bəzi insanlar üçün həkimin yazdığı hər dərman “şübhəli”dir. “Yəqin firma dərmanıdır”, “Sənin nəyin var o şirkətlə?” – elə bil tibbi qərar yox, gizli sövdələşmədən gedir söhbət”.

E-saglam.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı, ürək-damar cərrahı Rəşad Mahmudov bildirib.

O, uzun illik təcrübəsinə əsasən deyib ki, “firma dərmanı” ifadəsinə dünyanın heç bir sivil ölkəsində rast gəlməyib: “Nə ABŞ-də, nə Almaniyada, nə Türkiyədə, nə də başqa bir yerdə həkim dərmanı seçəndə ona qarşı bu qədər şübhə və təzyiq olmur. Yəqin ki, həkimlərinə etibar edirlər. Bizdə isə bəzən həkim dərman yazmağa qorxur, çünki sabah sosial mediada linç oluna bilər”.

Deputat qeyd edib ki, əgər dərman qanuni şəkildə qeydiyyatdan keçibsə, keyfiyyətə nəzarətə cavab verirsə və farmakopeya standartlarına uyğundursa – o, sadəcə dərmandır: “İstifadə qaydası, təsiri, təhlükəsizliyi – bütün bunlar sənədlərlə təsdiq olunur. Brend adı və ya reklam səviyyəsi onun effektivliyini dəyişmir. Nəticədə dərman ya keyfiyyətlidir, ya da deyil. Onun “firma” olub-olmaması, sadəcə, bazar münasibətlərinin nəticəsidir – tibbi dəyərin yox. Təəssüf ki, biz bəzi qondarma anlayışları reallıq kimi qəbul edib, peşəkarları şübhəliyə çeviririk. Nəticədə zərəri də elə özümüz – pasiyentlər və səhiyyəmiz – görürük”.

Qeyd edək ki, sonda R.Mahmudov ayrıca olaraq bu fikrin yaranmasına səbəb olan şirkətləri və həkimləri qınadığını da əlavə edib.

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun