Faydalı
Əzələ gücünü artıran və bədəndə iltihabı azaldan
Faydalı
535

Əzələ gücünü artıran və bədəndə iltihabı azaldan 10 güclü meyvə

Meyvələr yalnız dadlı deyil, həm də əzələlərin sağlamlığı və bərpası üçün əvəzolunmaz qida mənbəyidir. Onlar enerji verir, iltihabla mübarizə aparır və məşqdən sonra əzələlərin daha sürətli bərpasına kömək edir.

E-saglam.az xəbər verir ki, əgər məşq edirsinizsə və əzələ kütlənizi artırmaq istəyirsinizsə, bu 10 meyvəyə rasionunuzda yer verin.

Banan

Kaliumla zəngin olan banan əzələ kramplarının qarşısını alır və əzələlərin düzgün daralmasına kömək edir. Eyni zamanda, sürətli həzm olunan karbohidrat mənbəyi kimi məşqdən sonra enerjini bərpa edir.

Portağal

C vitamini ilə zəngin olan portağal kollagen sintezini dəstəkləyir, iltihabı azaldır və məşqdən sonra əzələlərin bərpasını sürətləndirir.

Alma

Almanın tərkibindəki polifenollar və antioksidantlar əzələ yorğunluğunu azaldır. Təbii şəkərlər və lif məşq zamanı uzunmüddətli enerji təmin edir.

Qırmızı meyvələr (qaragilə, çiyələk və s.)

Antioksidantlarla zəngin bu meyvələr sərbəst radikallarla mübarizə aparır, əzələ ağrısını azaldır və bərpa prosesini sürətləndirir.

Avokado

Avokado sağlam yağlar, kalium və maqneziumla zəngindir. Bu birləşmə əzələ daralmalarını dəstəkləyir və bərpa prosesini gücləndirir.

Ananas

Tərkibindəki bromelain fermenti sayəsində ananas əzələ ağrısını azaldır. C vitamini və manqan isə enerji istehsalını və bərpanı təşviq edir.

Qarpız

Sitrulin adlı amin turşusu ilə zəngin qarpız qan dövranını yaxşılaşdırır. Suyu bol olduğundan rehidrasiya üçün də idealdır.

Kivi

Kivi C vitamini, kalium və antioksidantlarla əzələ funksiyasını yaxşılaşdırır, oksidləşdirici stressi azaldır və bərpa prosesini sürətləndirir.

Nar

Yüksək antiinflamatuar təsirə malik olan nar əzələ ağrılarını azaldır və qan dövranını artıraraq əzələlərin oksigenlə təchizatını gücləndirir.

Xurma

Xurma təbii qlükoza mənbəyidir. Enerjini bərpa edir, kalium və maqneziumla əzələlərin daralmasına və bərpasına yardım edir.

Bu meyvələr həm məşq öncəsi, həm də məşqdən sonra ideal seçimdir. Gündəlik qida rasionunuza əlavə etməklə daha güclü və sağlam əzələlərə sahib ola bilərsiniz.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun