Psixologiya
Evlilik xoşbəxtlik gətirirmi?
Psixologiya
452

Evlilik xoşbəxtlik gətirirmi? Alimlər cavab verdi

Bir çox araşdırmalar göstərir ki, evlilik cütlər arasında həyəcan və ehtiras azaldır. Mütəxəssislər tərəfdaşlar arasında ünsiyyət problemlərinin xüsusilə birinci ildən sonra ortaya çıxdığını və getdikcə artdığını bildirirlər.

E-saglam.az xəbər verir ki, Yeni Zelandiyadan edilən yeni bir araşdırma, evlilikdə narazılığın illər keçdikcə artdığını və cütlərin bir-birinə qarşı dözümlülüyünün azaldığını müəyyən edib.

2025-ci ilin yanvarında aparılan analiz Simon Fraser Universiteti tərəfindən aparılıb. Araşdırmada evlilikdən əvvəl birlikdə yaşayıb sonra evlənən 1520 iştirakçının 14 illik məlumatları araşdırılıb.

Hər il iştirakçılar hələ də evli olub-olmadıqlarını qeyd etdilər və tərəfdaşları ilə münasibətlərindən nə dərəcədə razı qaldıqlarını bildirdilər.

Tapıntılar, evliliyə dair bir çox əvvəlki araşdırmaların nikbin şəkillər təqdim etdiyini ortaya qoydu. Elm adamları nikahdan əvvəl bir-birləri ilə xoşbəxt olan cütlərin evləndikdən təxminən bir il sonra bir-birlərinə qarşı daha az səbirli olduqlarını müşahidə ediblər. Üstəlik, bu dözümsüzlük sonrakı illərdə də artmaqda davam etdi.

Bununla belə, yadda saxlamaq lazımdır ki, evlilik və xoşbəxtlik arasındakı əlaqə ilə bağlı araşdırmalar adətən tək bir qrupu əhatə edir və bu cür psixoloji təhlillər subyektiv qiymətləndirmələri ehtiva edə bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun