Faydalı
Evdəki kiçik milçəkləri dərhal toplayır!
Faydalı
611

Evdəki kiçik milçəkləri dərhal toplayır! Həm təbii, həm də təsirli üsul

Baharın gəlişi ilə evlərdə, xüsusilə mətbəx, tualet və hamamlarda kiçik milçəklər artır.

E-saglam.az xəbər verir ki, kimyəvi məhsullara ehtiyac duymadan, sadəcə bir neçə inqrediyentlə təsirli bir məhlul hazırlamaq mümkündür.

Təbii milçək tələsi üçün sizə lazım olanlar:

1 çay stəkanı su

1-2 xörək qaşığı alma sirkəsi (üzüm və ya ağ sirkə də olar)

1 çay qaşığı şəkər

1 çay qaşığı qabyuyan maye

Hazırlanması və tətbiqi:

Bütün inqrediyentləri qarışdırın və milçəklərin ən çox olduğu yerlərə qoyun. Şəkər və sirkə milçəkləri cəlb edəcək, yuyucu vasitə isə onların suyun səthinə yapışaraq batmasını təmin edəcək.

Bu təbii həll həm effektivdir, həm də sağlamlığınıza və ətraf mühitə zərər vermir. Evinizdə milçək problemindən qurtulmaq üçün bu üsulu rahatlıqla sınaya bilərsiniz.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun