Faydalı
Evdə heyvan saxlamaq faydalıdır, yoxsa zərərli? - Mütəxəssis danışır
Faydalı
333

Evdə heyvan saxlamaq faydalıdır, yoxsa zərərli? - Mütəxəssis danışır

Araşdırmalara görə, ev heyvanları sahiblərinin yüzdə 97-sini gündə ən az bir dəfə gülümsədir. Heyvanların sahiblərinin 76 faizinin stres səviyyəsini azaltdığı, it saxlayanların həkimə daha az müraciət etdikləri bəllidir. Hətta xərçəng xəstəliyi olanlara evdə it saxlamaq məsləhət görülür.

Mövzu ilə bağlı E-saglam.az-a danışan həkim-terapevt Məlahət Abbasova  deyir ki, sağlamlığına tam əmin olduqdan sonra heyvanı evdə saxlamaq olar: “Bəzi heyvan xəstəlikləri olur ki, insanlar üçün təhlükəlidir. Toksoplazma xəstəliyi heyvanların tükündən keçir. Qadınlar bu xəstəliyə tutulanda inkişafdan qalan hamiləliklə üzləşirlər. Onlarda 6-8 aylığında uşaq salma təhlükəsi olur. Bunlar olmasın deyə, heyvan saxlayarkən diqqətli olmaq lazımdır. Amma elə insanlar var ki, nə qədər sağlam heyvan olsa da, onların tüklərinə qarşı allergiyaları olur. O cür insanlar qəti evdə heyvan saxlaya bilməzlər”.

Psixoloq Orxan Oruc bildirdi ki, əvvəlki dövrdə heyvan saxlamaqla indiki dövrdə heyvan saxlamaq arasında fərq var: “Bu fərqliliklərdən ən başlıcası son illərdə heyvan bəsləməyin bir mədəniyyət forması almasıdır. Ölkəmizdə bu ənənə yeni sayılsa da, şəhərdə kifayət qədər ey heyvanları bəsləyən insanlar var. Ev heyvanları saxlamağın çox sayda müsbət tərəfləri var. Bu da heyvan saxlayan insanların günü-gündən sayının çoxalmasına səbəb olur. Xüsusilə qərb ölkələrində ev heyvanı saxlamaq adi tələbata çevrilib. Hətta bəzi ölkələrdə ev heyvanları üçün xüsusi qəbristanlıqlar belə var”.

Psixoloq deyir ki, insana təbiəti xatırladan hər şey xüsusi bir rahatlıq və yüksək əhval-ruhiyyə verdiyi kimi, ev heyvanları saxlamaq da bu kimi hisslər yaradır: “Xüsusilə yalnız, tənha insanlar üçün ev heyvanı saxlamaq çox faydalıdır. Hər şeydən əvvəl ev heyvanları ilə ünsiyyət insanda xüsusi xoş əhval-ruhiyyə yaradır. Ev heyvanları saxlamaq onlarda passivliyi aradan qaldırır. Çünki heyvana qayğı, yemək hazırlamaq, onunla gəzintiyə çıxmaq, oynamaq və s. tək yaşayan insanlarda hərəkətliliyə səbəb olur. Bu baxımdan da ev heyvanları bəsləmək aktiv həyat tərzi yaratmaq üçün bir vasitə rolunu oynayır. Bundan başqa, gündəlik iş gərginliyini, stressi atmaq üçün heyvanlarla təmasda olmaq vacibdir və bu özünə inam hissinin yüksəlməsinə səbəb olur. Hətta autizm kimi bəzi xəstəliklərin müalicəsi üçün delifinlə (delfin-terapiya) və bəzi heyvanlarla ünsiyyətdə olmaq tövsiyyə olunur. İnsanların fərdi xarakter və zövqlərindən asılı olaraq onlara rahatlıq verən və əhvalını yüksəldən heyvanlar fərqli ola bilər. Kimlərsə sakit oturub akvariumda balığa baxmağı sevir, kimlərsə pişiyi ilə oynamağı və s”.

Psixoloqun sözlərinə görə, ev heyvanların faydaları ilə bərabər, onların insan psixologiyasına mənfi təsirləri də var: “Ev heyvanlarının ömrü insan ömründən dəfələrlə qısa olur ki, bu da insanların bir neçə il öyrəşdiyi heyvanı itirməsi ilə ciddi psixi travmalar almasına səbəb olar. Xüsusi ilə uşaqlarda bu proses daha ağır keçə bilər. Sevimli heyvanını itirmə qorxusu onu həmişə narahat edər ki, bu da gələcəkdə insanlarla ünsiyyət və münasibət problemlərinin yaranmasına gətirib çıxarar. Ona görə də, heyvanlara çox bağlanmaq, həyatın bütün mənəvi tərəfini yalnız onların üzərində qurmaq düzgün deyil”.

Dini ekspert Kənan Rövşənoğlu isə deyir ki, evdə it saxlamaq olmaz: “İt tükü murdar hesab olunur. Namaz qılan adamlar üçün murdarlıq yaratdığına görə, evdə it saxlamaq olmaz. Pişiyə qadağa yoxdur. Hədislərdə var ki, peyğəmbərimizin əbası üstündə pişik yatıbmış. O pişiyi oyatmağa qıymayıb, öz əbasını kəsib”.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun