Faydalı
Əsrlərdir şəfa verir: Bir nömrəli iltihab əleyhinə,
Faydalı
1133

Əsrlərdir şəfa verir: Bir nömrəli iltihab əleyhinə, təbii şəkər dərmanı

Meşələrdə kortəbii şəkildə yetişən gicitkən təkcə bitki deyil, eyni zamanda sağlamlıq üçün əvəzolunmaz təbii dərmandır.

E-saglam.az xəbər verir ki, əsrlərdir xalq təbabətində istifadə edilən bu möcüzəvi bitki müasir tibbdə də bir çox faydası ilə tanınır.

İltihabı azaldır

Gicitkən artrit və revmatizm kimi xəstəliklərdə bədəndə toplanan iltihabı azaldır. Oynaq və əzələ ağrılarına qarşı təbii rahatlama təmin edir.

Böyrək və sidik yollarını qoruyur

Sidikqovucu təsiri sayəsində böyrəklərin təmizlənməsinə kömək edir, toksinləri bədəndən çıxarır və sidik yolları infeksiyalarının qarşısını alır.

Saç tökülməsini azaldır

Saç follikullarını qidalandıraraq gücləndirir, yeni saçların çıxmasını dəstəkləyir və sağlam saç görünüşü yaradır.

İmmuniteti gücləndirir

A, C, K və B vitaminləri ilə zəngin olan gicitkən immuniteti möhkəmləndirərək qrip və soyuqdəyməyə qarşı qoruyucu təsir göstərir.

Həzm sistemini tənzimləyir

Qəbizlik və şişkinlik kimi problemləri aradan qaldırır, bağırsaqların nizamlı işləməsinə kömək edir.

Dəri sağlamlığını yaxşılaşdırır

Ekzema, sızanaq və sədəf kimi dəri problemlərində istifadə edilir, dərini sakitləşdirir və iltihabı azaldır.

Qan şəkərini tarazlayır

Qan şəkərinin səviyyəsini sabit saxlamağa kömək edərək diabet xəstələri üçün təbii dəstək rolunu oynayır.

Qocalmanı ləngidir

Tərkibindəki antioksidantlar sayəsində hüceyrələri qoruyur, dəridə qırışların yaranmasının qarşısını alır.

Qan dövranını yaxşılaşdırır

Qanın bədəndə daha yaxşı dövr etməsini təmin edərək oksigen və qida maddələrinin orqanizmə düzgün çatdırılmasını dəstəkləyir.

Qeyd: Məqalə yalnız məlumat məqsədi daşıyır və tibbi məsləhət əvəzi deyil.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun