Bitki çayları təbiətdən alınan təbii enerji mənbəyi kimi üstünlük təşkil edir. Lakin hər bir fərdin bədən quruluşu fərqli olduğu üçün bu çayları qəbul edərkən ehtiyaclarına və həssaslığına diqqət yetirmək lazımdır.
E-saglam.az xəbər verir ki, günün yorğunluğunu atmaq, enerji səviyyələrini artırmaq və sağlam həyat sürmək istəyən bir çox insan enerji verən bitki çaylarına üstünlük verir. Bu xüsusi bitki çayları tərkibindəki təbii maddələrlə həm bədəni, həm də zehni canlandıraraq gündəlik həyata enerji qatır.
Enerji verən bitki çaylarına ətraflı nəzər salaq:
Yaşıl çay
Yaşıl çayın tərkibində katexin adlı bir antioksidan var, hüceyrə zədələnməsini azaldaraq enerji səviyyələrini artıra bilir. Tərkibindəki yumşaq kofein sayəsində stimullaşdırıcı təsirə də malikdir, lakin qəhvə qədər güclü deyil, sakit bir stimullaşdırıcıya üstünlük verildiyi zaman ideal seçimdir.
Qırmızı itburnu çayı
Qırmızı itburnu çayı tərkibindəki yüksək C vitamini sayəsində immunitet sistemini gücləndirir və bədəni enerji ilə doldurur. O, həmçinin antioksidantlarla doludur və sərbəst radikallarla mübarizə apararaq hüceyrə sağlamlığını dəstəkləyir.
Mate çayı
Cənubi Amerikanın ənənəvi içkisi olan mate çayı teobromin və teofilin kimi təbii stimulantları ehtiva edir. Bu maddələr zehni oyanıqlığı dəstəkləməklə yanaşı, enerji səviyyələrini artıra bilər. Mate çayı kofeinə həssas olanlar üçün qəhvəyə daha yüngül alternativ təklif edir.
Jenşen çayı
Jenşen Asiya mənşəli bir bitkidir və enerji artırıcı xüsusiyyətləri ilə tanınır. Çay şəklində istehlak edildikdə, bədəni canlandırır, stressin öhdəsindən gəlməyə kömək edir və ümumi enerji səviyyəsini artırır.
Çobanyastığı çayı
Çobanyastığı çayı sakitləşdirici və stressi aradan qaldıran xüsusiyyətləri ilə tanınır. Bununla belə, tərkibindəki antioksidantlar və enerji artırıcı xüsusiyyətləri ilə də diqqət çəkir. Çobanyastığı çayı rahatlaşdırıcı içki axtaranlara enerji səviyyələrini tarazlaşdırmağa kömək edə bilər.
Zəncəfil çayı
Zəncəfil iltihab əleyhinə xüsusiyyətlərə malikdir və bədəni canlandıra bilər. Zəncəfil çayı həzmi yaxşılaşdırarkən enerji səviyyələrini artıra bilər. Soyuqdəyməyə qarşı da təbii dəstək verir.
Tərcümə etdi: Könül Oruc